23 C
Baku
Friday, April 19, 2024

Gürcüstanın Bank sistemi

Gürcüstan ikipilləli bank sisteminə malikdir, birinci pillədə Gürcüstan Mərkəzi Bankı, ikinci pillədə isə qalan bütün kommersiya bankları yer alıb.

Bank sektorunun formalaşmasının əsas istiqaməti – stabil və yüksək kapitala malik bankların yaradılmasıdır, onlar müxtəlif investisiya portefelli geniş xidmətlər çeşidi və lazımı risk idarəetmə sisteminə malik olmalıdırlar.

Gürcüstan bankının müharibədən sonra ilk ildə bir neçə milyonluq zərəri var idi. Amma 2010-cu ilin ilik üç rübü ərzində bankın əsas göstəriciləri gözlənilmədən yüksəldi – aktivlər 3,5 milyard lariyə qədər artdı, mənfəət üçüncü kvartal ərzində 95 milyon lari təşkil etdi, həmçinin qəflətən müddətli depozitlərin məbləğləri artdı.

Gürcüstan bank sisteminin ikinci oyunçusu –TBC bankın mənfəəti müharibədən sonrakı dövrdə 32 milyon laridən 2 milyon qədər azalmışdı. Amma beynəlxalq maliyyə qurumlarının köməyi sayəsində bankın aktivləri üç rüb ərzində müharibədən öncəki səviyyəyə yüksəlir və 2 milyard larini üstələyir, eyni qaydada bankın mənfəəti də yüksəlir.

2010-cu ilin may ayında Gürcüstan bank sistemi standart bank hesab nömrəsinə (İBAN) qoşulur və bununla bağlı 2010-cu ilin fevral ayında Gürcüstan Milli bankı, Gürcüstan banklar assosiasiyası və Gürcüstan Kommersiya bankları arasında əməkdaşlıq haqqında memorandum imzalanır.

Gürcüstan bank sisteminin ümumi tendensiyaları sırasında bunlar qeyd etmək olar:

  • ÜDM-in 17%-ni təşkil edən aktivlərin ümumi miqdarının yüksək artımı;
  • Kredit portfellərinin böyüməsi;
  • Ödənilməmiş kreditlərin həcminin azalması;
  • Kommersiya banklarının xalis mənfəətinin artımı;
  • Kommersiya banklarının filiallarının sayının artması;
  • Hələ 2006-ci ildə ümumi kredit portfelində özəl bankların payı artaraq, 98%-ə çatmışdı.

Gürcüstanın bank sisteminə KfW (Almaniya bankı ), Austrian Creditanshtaldt (Avstriya) EBRD (Avropa Yenidənqurma və İnkişaf bankı) IFC (Beynəlxalq Maliyyə Qurumu), Vneshtorgbank (Rusiya bankı), Commertz Bank (Almaniya), Societe Generale (Fransa) bankları tərəfindən investisiyalar edilib.

Gürcüstan bankları həm xalqın, həm də beynəlxalq maliyyə investorlarının etibarını qazanmaq yolunda inamla addımlayır. Müştərilər üçün geniş xidmət çeşidi təklif edən bankların filial şəbəkəsi sürətlə genişlənir.

Texnoloji nailiyyətlər və müasir müştərilərə xidmət sistemləri sayəsində bütün bank əməliyyatları qısa müddət ərzində həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər