14 C
Baku
Wednesday, April 24, 2024

Rusiyaya məxsus şirkətin səhmləri Gürcüstan hökumətinə verilir

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İqtisadi Şuranın iclasında Borjomi mineral su qablaşdırma zavodlarının sahibi olan “IDS Borjomi International” şirkətinin səhmlərinin dövlətə verilməsi prosesini tez bir zamanda başa çatdırmağı əmr edib.

Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. İclasda “Borjomi” şirkətinin səhmlərin nəzarət paketinin təmənnasız olaraq dövlətə verilməsi təklifinə diqqət yetirilib. Baş nazir nazirliklərə bu prosedurların tez bir zamanda başa çatdırılması üçün fəal işləməyi tapşırıb. Qərar hökumətin növbəti iclasında açıqlanacaq”, -deyə, məlumata bildirlir.

Qeyd edək ki, “IDS Borjomi İnternational” “IDS Borjomi Georgia”nın nəzarət paketini pulsuz olaraq Gürcüstan hökumətinə verməyə hazır olduğunu bəyan edib.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər