19 C
Baku
Friday, May 3, 2024

Gürcüstanın Baş naziri martın 16-da Azərbaycana gələcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycana, gələn həftə isə Ermənistana səfər edəcək.

Hökumət başçısı bu barədə jurnalistlərə açıqlamasında bildirib. O, qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsinin Gürcüstan hökuməti üçün əsas prioritetlərdən olduğunu vurğulayıb.

“Təsadüfi deyil ki, Brüsselə səfərdən sonra qonşu ölkələrdə də görüşlər keçiriləcək. Şənbə günü Azərbaycana, gələn həftə isə Ermənistana səfər olacaq. Biz ikitərəfli əməkdaşlıqla bağlı bütün məsələləri müzakirə edəcəyik. Regionda sülhün təmin edilməsi vacibdir və bilirsiniz ki, ölkəmiz həmişə müsbət rol oynayıb. Ona görə də ikitərəfli münasibətlərin dərinləşdirilməsi, regionumuzda – Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üçün hər şey ediləcək”, – Kobaxidze deyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər