6 C
Baku
Wednesday, January 15, 2025

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları artıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 2023-cü ildə 101 milyon dollardan çox artıb.

Bu barədə məlumat Gürcüstan Milli Bankının statistik məlumatlarında yer alıb.

Bildirilir ki, 2023-cü ilin dekabrına ölkənin beynəlxalq ehtiyatları 5.003 milyard dollara çatıb, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 101.5 milyon dollar çoxdur. 2022-ci ilin dekabr ayının sonunda ölkənin valyuta ehtiyatlarının həcmi 4.901 milyard dollar təşkil edib.

Qeyd olunur ki, Gürcüstan Milli Bankı qızıl şəklində vəsait saxlamır.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər