8 C
Baku
Friday, December 13, 2024

Gürcüstanın iqtisadiyyat nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfər proqramı açıqlanıb.

Report agentliyinin Gürcüstan bürosu xəbər verir ki, sentybrın 17-18-də baş tutacaq işgüzar səfər çərçivəsində N.Turnava Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Görüşlərdə Gürcüstan və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

N.Turnavanın başçılıq etdiyi nümayəndə heyətinə müavinləri Davit Tvalabeişvili və Genadi Arveladze, həmçinin “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru David Peradze daxildir.

Nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və gücləndirilməsidir. Bununla yanaşı, səfər çərçivəsində Gürcüstan-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclasının gündəliyi də nəzərdən keçiriləcək. 

Son xəbərlər
Digər xəbərlər