16 C
Baku
Friday, April 26, 2024

Gürcüstanın “pul yuyan” bankirləri Avropa Məhkəməsinə şikayət edəcəklər

Gürcüstanda fəaliyyət göstərən TBC bankın təsisçiləri – Mamuka Xazaradze  Badri Caparidzenin işi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət olunacaq.

Banker.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə bankirlərin vəkili Zviad Kordzadze bildirib.

Onun sözlərinə görə, işə iki peşəkar və nüfuzlu əcnəbi vəkil də cəlb olunub: “Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı iş Gürcüstan yurisdiksiyasının sərhədlərini aşıb. İttihamçı tərəf artıq işlə bağlı Böyük Britaniyaya bir neçə ərizə təqdim edib”.

Z.Kodzadze qeyd edib ki, iş üzrə Strasburq məhkəməsinə müraciətin təqdim olunması üçün materiallar hazırdır.

Qeyd edək ki, TBC Bankın təsisçilərinə qarşı bu ilin iyulun 24-də 16 754 000 dolların qanunsuz leqallaşdırılması ilə bağlı ittiham irəli sürülüb. Onların hər ikisinin bank hesablarına həbs qoyulub.

jafaridze badri 2
Badri Caparidze

Bankirlərin hər biri 700 min lari girov müqabilində və ölkəni tərk etməmək qadağası ilə azadlığa buraxılıb. Hər iki biznesmen onlara qarşı qaldırılan cinayət işini absurd adlandırırlar. 

Xatırladaq ki, Gürcüsanda fəaliyyət göstərən bu bankın Azərbaycanda da törəmə bank olmayan kredit təşkilatı vardır. Bu 8,45 mln. manat nizamnamə kapitalına sahib olan “TBC Kredit BOKT” MMC-dir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər