20 C
Baku
Sunday, May 5, 2024

Gürcüstanın qaz idxalının 72%-i Azərbaycanın payına düşüb

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 279 057,09 min ABŞ dolları dəyərində 1 558 505,37 ton qaz idxal edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, hesabat dövründə Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 19 414,6 min dollaar və ya 6,5%, həcmi isə 64 477,09 ton və ya 3,97% azalıb.

Ötən ilin ilk 11 ayı ərzində Gürcüstan Azərbaycandan 298 471,69 min dollar dəyərində 1 622 982,46 ton qaz idxal edib.

Cari ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın qaz idxalının dəyəri illik ifadədə 4,4% artaraq 388 214,7 min dollara çatıb. Azərbaycan Gürcüstanın ümumi qaz tələbatının 71,88%-ni tədarük edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər