8 C
Baku
Tuesday, March 19, 2024

Gürcüstanın sabiq hökumət başçısı daxili işlər naziri təyin olunacaq

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilikeçmiş baş nazir İrakli Qaribaşvilini siyasətə qaytarır.

Report agentliyinin yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın “Pirveli Tv” kanalı bu gün məlumat yayıb.

Məlumata əsasən, hazırkı daxili işlər naziri Giorgi Qaxaria baş nazir, onun yerinə isə İ.Qaribaşvili təyin olunacaq.

Hökumətdə kadr dəyişikliklərinin iki həftə sonra baş verəcəyi bildirilib.

Qonşu ölkənin hazırkı baş naziri Mamuka Baxtadzenin isə beynəlxalq maliyyə təşkilatlarının birində çalışacağı gözlənilir.

Qeyd edək ki, İ.Qaribaşvili 2012-ci ildə Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışıb. 2013-2015-ci illərdə o, baş nazir olub. 2019-cu ilin martında İrakli Qaribaşvili Gürcü Arzusu Partiyasının siyasi katibi təyin olunub.

Son xəbərlər
Digər xəbərlər