26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstanın turizm gəlirləri $4 milyardı ötüb

2023-cü ildə Gürcüstanın beynəlxalq turizmdən gəlirləri pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 26.2% (856.7 milyon dollar) artaraq 4.1 milyard dollara çatıb.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatında bildirilib.

Qeyd olunub ki, təkcə ötən ilin dördüncü rübündə Gürcüstan turizmdən 873.67 milyon dollar gəlir əldə edib. Ötən ilin oktyabr-dekabr ayları ərzində Gürcüstanı 1.5 milyon nəfər ziyarət edib. Bunun təxminən 1.01 milyonunu beynəlxalq turistlər təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər