9 C
Baku
Thursday, December 12, 2024

Gürcüstanın ümumi xarici borcu 17 milyard dolları ötüb

Gürcüstanın ümumi xarici borcu 17 milyard dollardan çoxdur.

Report-un Gürcüstan bürosu ölkənin Milli Bankına istinadən xəbər verir ki, 2017-ci il dekabrın 31-nə olan məlumata görə, Gürcüstanın ümumi xarici borcu 17,2 milyard ABŞ dolları olub.

Bu da ölkədə ümumi daxili məhsulunun (ÜDM) 113,5 faizini təşkil edir. Milli Bankın məlumatına görə, birbaşa dövlət xarici borcu 7,3 milyard dollar olub. Bu, ÜDM-in 48,3 faizinə bərabərdir.

Borcun digər hissəsi Milli Bankın, özəl sektorun və hüquqi şəxslərin payına düşür.

Son xəbərlər
Digər xəbərlər