1 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanın və Ermənistanın valyutaları rusların relokasiyasından sonra ən yaxşı valyutalardan birinə çevrilib

Müharibə və səfərbərlik səbəbindən Rusiyadan qaçan insanların axını mühacirləri qəbul edən qonşu ölkələrin valyutalarını dollara nisbətdə dinamika baxımdan dünyanın ən yaxşı valyutalarına çevirib, bu barədə “Bloomberg” yazır. Məsələn, ilin əvvəlindən bəri Ermənistan dramı 22%, Gürcüstan larisi 16%, Tacikistan somonisi isə 10% bahalaşıb və rublu üstələyib.

Təkcə Rusiyadan Gürcüstana pul köçürmələri bu il beş dəfə artaraq 1.75 milyard dollara, Ermənistana isə 2.8 milyard dollara çatıb ki, bu da Rusiya ilə ticarətin azalması nəticəsində gözlənilən itkiləri kompensasiya edib. İlin sonunda Gürcüstanda ÜDM-in 10%, Ermənistanda 13% (4.9% əvəzinə), Tacikistanda 4-5% əvəzinə 7% artacağı proqnozlaşdırılır.

“Kiçik qonşu ölkələr əlverişli sığınacaq rolunu oynayır, çünki ruslardan viza tələb etmirlər, rus dilində danışırlar və yerli banklara köçürmələrə heç bir məhdudiyyət tətbiq etmirlər”, – agentlik vurğulayır.

Nisbətən ərazisi böyük olan Qazaxıstanda effekt daha zəifdir: yüz minlərlə mühacirin axını 19 milyonluq əhalinin fonunda o qədər də hiss olunmur. İlin əvvəlindən tenge dollara nisbətdə 7.5% ucuzlaşıb.

“Kommersant” yazır ki, Moskva və Tbilisi birbaşa uçuşların bərpasını müzakirə edirlər. Bu, iqtisadi baxımdan Gürcüstan üçün faydalıdır, lakin siyasi baxımdan problemlidir: Ukrayna məsələsində neytral mövqeyə görə, bu, Rusiyadan rüşvət almaq kimi görünür.

Son xəbərlər
Digər xəbərlər