5 noyabrın səhəri Gürcüstanın kommersiya banklarında avro kəskin bahalaşmaqla 4 larini keçib. “Tbilisi Bank”da 1 avro 4.0740 lari, “Bank Georgia”da isə 4.0800 lari qiymətində mübadilə edilib. Banker.az bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Gürcüstan Milli Bankının (NBG) rəsmi məzənnəsi bu günə 1 avro 3.9042 lari olmaqla anti-rekord yeniləyib. Avrozonanın vahid valyutası gün ərzində 0.0456 lari bahalaşıb.
ABŞ valyutasının məzənnəsi rəsmi olaraq 3.3409 lari təşkil edib, bu da günlük 0.0421 lari artım olması deməkdir. Bloomberg platformasında isə USD/GEL məzənnəzi 3.42 olmuşdur.
Qeyd etməliyik ki, Gürcüstanın Milli Bankı 2 noyabr tarixində ölkənin valyuta ehtiyatlarından larinin sabitliyinin qorunması üçün 60 mln. dollarının satdığını açıqlayıb. Ümimilikdə isə sentyabr və oktyabr aylarında maliyyə sabitliyi üçün ölkənin requlyatoru 320 mln. dollarından keçməli olub. Beləliklə ilin əvvəlindən bu günə qədər isə 709 mln. dollar ehtiyatını larinin “qorunması” üçün istfadə edib.
Gürcü valyutasının məzənnəsindəki eniş, koronavirus səbəbindən ölkə sərhədlərinin bağlanması, ixracın azalması səbəbindən ölkəyə valyuta axının azalması və turistlərin kəskin azalması səbəbindən baş verir.
COVID-19 epidemyasına yoluxma cari ilin 26 fevralında qeydə alınmışdı. Həmin tarixdə avronun rəsmi məzənnəsi 3.0571 lari, dollar isə 2.8299 lari təşkil edirdi. Bu isə son 8 ay ərzində avronun məzənnəsinin 0.51 lari, dolların isə 0.84 lari artımının olması anlamına gəlir.