14 C
Baku
Wednesday, May 15, 2024

Gürcüstanın XİN başçısı İsrailə səfər edəcək

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili bu gün İsrailə səfər edəcək.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, mayın 3-dək davam edəcək səfər çərçivəsində İliya Darçiaşvili İsrail Prezidenti, eləcə də digər yüksək vəzifəli rəsmilərlə görüşlər keçirəcək.

Səfər çərçivəsində Gürcüstan və İsrail hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş, həmçinin azad ticarət üzrə danışıqlara başlamaqla bağlı birgə bəyannamə imzalanacaq.

İliya Darçiaşvili İsraildəki gürcü diasporunun nümayəndələri ilə də görüşəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər