5 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanla sərhəddəki gömrük məntəqəsi bu il açılacaq

Gürcüstanla Azərbaycan arasında “Laqodexi” gömrük-buraxılış məntəqəsi bu il açılacaq.

Bunu ölkənin maliyyə naziri Laşi Xuçsuşvili deyib.

Onun sözlərinə görə, hazırda Gürcüstan-Azərbaycan sərhədində 6 gömrük-buraxılış məntəqəsi fəaliyyət göstərir ki, onlardan biri dəmir yoluna aiddir.

Nazir əlavə edib ki, ölkənin sərhədlərində yerləşən digər gömrük-buraxılış məntəqələrində də təmir və infrastrukturun bərpası işləri aparılacaq.

 

Qeyd edək ki, “Laqodexi” gömrük-buraxılış məntəqəsi təmir səbəbindən bağlanmışdı. Azərbaycanda 2020-ci ilin martından quru sərhədləri bağlı olduğu üçün bu məntəqənin açılması onun istifadəyə veriləcəyi mənasına gəlmir.

Son xəbərlər
Digər xəbərlər