Azərbaycan bazarında kredit kart (taksit olmayan) məhsulunu təklif edən Banklar barmaqla sayılacaq qədər azdır. Səbəb isə, müvafiq məhsul üzrə həm texniki dəstəklənmənin, həm də məhsulun marketinq siyasətinin aparılmasında olan çətinliklərdir. Taksit funksiyası olan kredit kartlarını nəzərə almasaq klassik məhsul şəklində təqdim edilən güzəşt müddətli kredit kartları cəmi 6 bankda təklif edilir.
Güzəşt müddəti – kartdan istifadə edilən vəsaitin banka faizsiz olaraq geri qaytarılmasına imkan verən bir özəllikdir. Məlumunuz üzrə kartlardan əsasən 2 formada – nağd və nağdsız qaydada istifadə edilir. Əlavə olaraq “card to card” funksiyasından da istifadə etmək mümkündür. Bu funksiya eyni prosessinq mərkəzində xidmət olunan eyni və ya fərqli bankların kartları arasında olan pul köçürməsidir. Kartlardan nağdsız istifadə zamanı əgər əməliyyatın valyutası fərqli deyilsə müştəridən heç bir komissiya tutulmur. Fərqli valyutalı əməliyyatlarda yalnız konvertasiya komissiyası tutulur. Lakin, nağdlaşma və “card to card” əməliyyatları üzrə müəyyən komissiyalar tətbiq edilir.
Banker.az monitorinq qrupu bu yazısında güzəşt müddəti olan kredit kartlar və bu kartların nağdlaşma / card to card komissiyaları haqqında məlumatları Sizlərə təqdim edir. Ümid edirik ki, kredit kart seçimi edən zaman müvafiq məlumatlar Siz oxucularımıza faydalı olacaqdır:
Bank | Kart | Güzəşt müddəti | ATM nağdlaşma komissiyası | “Card to card” komissiyası | ||
Nağd əməliyyatlar üzrə | Nağdsız əməliyyatlar üzrə | Müddət | ||||
Express Bank | Expresso | Var | Var | Növbəti ayın 5-dək, maksimum 35 gün | 1% | Bankın Debet kartlarına – 1%
Bankın Kredit kartlarına – 0,5% Millkarta aid digər kartlara – 1% |
Nikoil Bank | Kredit kartı | Var | Var | Növbəti ayın 5-dək, maksimum 35 gün | 1% | 2% (min.2 AZN) |
Rabitə Bank | Kredit kartı | Var | Var | Istifadə tarixindən 30 gün, maksimum 30 gün | 1% | 0,5% (min. 0,6 AZN) |
Bank Respublika | 45 günlük faizsiz kredit kartı | Yoxdur | Var | Növbəti ayın 15-dək, maksimum 45 gün | 1% | 0.25% (min.1 AZN) |
Amrah Bank | Kredit kartı | Var | Var | Növbəti ayın 10-dək, maksimum 40 gün | 1% | 0,5% (min.0,5 AZN) |
Bank VTB | Kredit kartı | Var | Var | Növbəti ayın 15-dək, maksimum 45 gün | 1% | Azəricard – 0,5% (min.0,5 AZN)
Digər prosessinq – 1% (min.2 AZN) |