-3 C
Baku
Sunday, December 15, 2024

Güzəştli kreditlərin 75 faizi regionlara ayrılıb

Özəl sektorun dəstəklənməsi iqtisadi siyasətimizin mühüm alətidir. 2003-2022-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 43 minədək investisiya layihəsinin maliyyələşməsinə 2.8 milyard manatdan çox güzəştli kredit verilib. Bu layihələr hesabına 178 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb ki, bunun da 80 faizdən çoxu regionların payına düşür. Güzəştli kreditlərin 75 faizi regionlara ayrılıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə sənaye zonaları – 7 sənaye parkı və 5 sənaye məhəlləsi yaradılıb. Sənaye zonalarında ümumilikdə 10 milyard manatdan çox məhsul istehsal edilib ki, bunun da 3,4 milyard manatlıq hissəsi ixrac olunub.

“2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizmi çərçivəsində 7 ildən artıq müddət ərzində 583 layihə təşviq olunub. Layihələrin icrası nəticəsində iqtisadiyyata 5,6 milyard manatdan artıq investisiya yatırılması, 39 minədək iş yerinin yaradılması nəzərdə tutulub. Təşviq edilmiş layihələrin 86 faizi regionların payına düşür. Ötən dövrdə 46 aqropark fəaliyyətə başlayıb. Aqroparklara sahibkarlar tərəfindən 1,5 milyard manatdan çox investisiya qoyulub, 4800-dən çox iş yeri yaradılıb”, – deyə M.Cabbarov əlavə edib.

Son xəbərlər
Digər xəbərlər