7 C
Baku
Sunday, December 15, 2024

“Güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərin pensiyalarının məbləği 170 manat artacaq”

“Güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərin pensiyalarının orta məbləği 170 manat artacaq”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanunun I oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, 45-ci maddəyə təklif olunan dəyişiklik nəticəsində bu Qanunun 9-cu maddəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərdən daha çox pensiya kapitalının tələb olunması aradan qaldırılacaq. Bu da həmin kateqoriyadan olan şəxslərin pensiyalarının orta məbləğinin 170 manat artmasına imkan yaradacaq

MənbəReport
Son xəbərlər
Digər xəbərlər