6 C
Baku
Sunday, December 15, 2024

Güzəştli Ticarət Sazişi üzrə Türkiyəyə məhsul ixracına başlanılıb

Azərbaycan ilə Türkiyə hökuməti arasında imzalanan Preferensial Ticarət Sazişinə əsasən, iki ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri cari il martın 1-dən illik tarif kvotası çərçivəsində müəyyən olunmuş mallar üzrə güzəştlərdən yararlanmaq imkanı qazanıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən  bildirilib ki, artıq sahibkarlıq subyektinin Dövlət Xidmətinə elektron qaydada daxil olan müraciətinə əsasən 72 min 620 kiloqram xurma məhsulunun güzəştli şərtlərlə ixracı məqsədilə ilk mənşə sertifikatı təqdim edilib.

İqtisadiyyat Nazirliyi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə ixrac əməliyyatlarının həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər