13 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Həftəlik təhlilin gücü

Hər bazar gecəsi həftə ərzində nə etdiyinizi nəzərdən keçirin. Əslində bu və ya digər tapşırığı onun hədəflərinizə uyğun olub-olmadığını düşünmədən yerinə yetirmək asandır. Həftəlik təhlil sizə özünüzü dərk etməyə və düzgün qərarlar qəbul etməyə imkan verir. 

“Həftəlik təhlil sizə bütün diqqətinizi vacib layihələrə yönəltməyə kömək edəcək, çünki adətən həftə ərzində konsentrasiyanızı pozan çox faktorla üzləşmiş olursunuz”, – Devid Allen. 

Həyatınıza məna qatın

Həyatınızda və işinizdə əhəmiyyətli irəliləyiş əldə etmək üçün gündəlik tapşırıqlar qarşısında “quş” qoymaq kifayət deyil. Həftəlik təhlil əlavə iş kimi görünsə də, bizi məhsuldarlıq naminə məhsuldarlıqdan qoruyur. O, düşüncə tərzinə təsir göstərir və buna görə də daha yaxşı qərar verməyə kömək edir. 

Həftəlik təhlil ənənəvi gündəlik yazmağı nəzərdə tutmur, lakin onları bir-biri ilə kombinasiya etmək mümkündür. Əgər gündəlik əsasən düşüncələr və duyğularla əlaqəlidirsə, həftəlik təhlil ötən həftə əldə etdiyiniz uğurlara, qarşlaşdığınız çətinliklərə və növbəti həftə üçün qurduğunuz planlara bağlıdır. 

image1 1

Birinci sütünda planlaşdırdığınız kimi keçmiş hadisələri (və ya bacara bildiyiniz işləri) yazın. İkinci sütünda – yolunda getməyən hadisələri (və ya bacara bilmədiyiniz işləri). Üçüncü sütunda – növbəti həftə etməyə planlaşdırdığınız şeyləri. Qeyd edək ki, bu şablon olduqca sadədir və demək olar ki, hər bir insana uyğun gəlir. 

Şablondan əlavə, aşağıdakı suallara cavab verə bilərsiniz:

  1. Hazırda nəyi bacara bilmirəm?
  2. Bu həftənin sonuna qədər nəyi öyrənmək istəyirəm?
  3. Komfort zonasından çıxmaq üçün nə edə bilərəm?
  4. Bu həftə kimdən kömək istəyə bilərəm?

Həftəlik təhlil üçün bir çox şablon var. Bəziləri daha uzun, bəziləri daha yığcam. Əsas odur ki, davamlı şəkildə riayət edə biləcəyiniz yanaşma seçəsiniz. 

Həftəlik təhlil üçün ritual yaradın

Demək olar ki, bütün insanların qarşılaşdığı əsas problem bu və ya digər faydalı fəaliyyəti vərdişə (rituala) çevirməkdir. Əgər söhbət həftəlik təhlildən gedirsə, bu təcrübəni həyatınıza inteqrasiya etmək üçün aşağıdakı prinsiplərdən istifadə etməyiniz məqsədəuyğun olar:

  1. Doğru gün, vaxt və yer seçin. Bildiyimiz kimi, vərdişlərin inkişaf etdirilməsində əsas şey ardıcıllıqdır. Həftəlik təhlilinizi yazmaq üçün nə zaman və harada oturmalı olduğunu düşünərək, koqnitiv yükünüzü artırmış olursunuz. Bunun əvəzinə, daimi məkan seçin və təhlilə ayırdığınız vaxtı qrafikinizə əlavə edin. 
  2. Özünüzə qarşı mehriban olun. Həftəniz pis keçdisə və ya qarşınıza qoyduğunuz hədəflərə çata bilmədinizsə, özünüzü günahlandırmayın. Unutmayın ki, həftəlik təhlil yalnız keçmişə deyil, eyni zamanda gələcəyə də yönəlməlidir. Özünüzü mahakimə etməyin və başa düşməyə çalışın: niyə heç nə alınmadı? Gələn həftə bu məsələyə necə fərqli yanaşmaq olar?
  3. Həftəlik təhlil prosesini ardıcıl olaraq təkmilləşdirin. Əgər təqdim etdiyimiz şablon sizə uyğun deyilsə, onu dəyişdirin və fərqli yanaşmaları sınayın. Çox uzundur? Qısaldın. Çox sərtdir? Çeviklik qatın. 

Bir müddət keçəndən sonra həftənin gözlədiyiniz kimi keçdiyini görəcəksiniz. Və bu normaldır. Həftəlik təhlil – düşüncə proseslərinizi və məhsuldarlığınızı daha yaxşı başa düşmək üçün bir fürsətdir. Bu, doğru istiqamətdə çalışdığınıza əmin olmaq üçün bir yoldur. 

Son xəbərlər
Oxşar xəbərlər
X