25 C
Baku
Thursday, May 29, 2025

Həyatın yaşam sığortasına yatırımlar 300 milyon manata çatıb

Azərbaycanda həyatın yaşam sığortasına yatırılan vəsaitlər 12.5% artıb.

Banker.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 287 milyon 43 min manata çatıb.

Başqa sözlə, ötən ilin eyni dövrünə nisbətən sığorta yatırımları 31 milyon 902 min manat artıb. Belə ki, 2024-cü ilin 4 ayında həyat sığorta şirkətləri 255 milyon 141 min manat sığorta haqqı toplaya bilmişdi.

2025-ci ilin yanvar-aprel aylarında həyatın yaşam sığortası üzrə ödənişlər isə 14% artaraq 145 milyon 127 min manata çatıb. 2024-cü ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 127 milyon 66 min manat təşkil etmişdi.

Son xəbərlər
Digər xəbərlər