-3 C
Baku
Sunday, December 15, 2024

Həbs olunan general müsadirə olunan malları müxtəlif ticarət obyektlərinə satırmış

Həbs olunan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində maraqlı faktlar üzə çıxıb.

M.Rəsulov gömrük baxışı zamanı müsadirə olunan müxtəlif növ malları məhv etmək adıyla Abşeron rayonunun Fatmayı kəndində olan 2 hektar ərazidə yerləşən 3 mərtəbəli villasının zirzəmisində saxlayırmış.

Daha sonra isə həmin mallar müxtəlif ticarət obyektlərinə verilərək satılırmış.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi çərçivəsində iyulun 14-də Məsum Rəsulov saxlanılıb.

M.Rəsulovun külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

 

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər