“Hədiyyə Kərvanı” Türkidəyən Azərbaycana gəldi!

®1 iyun- Uşaqların Müdafiəsi Günündə Türkiyə Cümhuriyyətindən  Azərbaycan Respublikasına “Hədiyyə karvanı” göndərildi. Ziraat Bank Azərbaycanın da sponsoru olduğu bu layihə çərçivəsində Vətən müharibəsində şəhid və qazi olan minlərlə ailənin uşaqlarına hədiyyələr paylanılacaq. 

reliz daxilində 1 1

“Hədiyyə karvanı” iyun ayının 20-dək 16 bölgəni gəzərək, şəhid və qazi ailələrinin uşaqlarını sevindirəcək. Layihə, 1 İyunda Tovuz şəhərində rəsmi açılış mərasimi ilə öz xeyirxah missiyasına başladı. Açılış dövlət rəsmilərinin və media nümayəndələrinin  iştirakı ilə baş tutdu.  

IMG 20210601 WA0063 1

“Hədiyyə karvanı” 2 iyunda Ağstafa və Gədəbəydə, 3 iyunda Gəncədə, 4 iyunda Goranboy və Naftalanda, 7 iyunda Bərdədə, 8 iyunda Tərtər və Ağdamda, 9 iyunda Ağcabədidə, 10 iyunda Füzulidə, 11 iyunda İmişlidə, 14 iyunda Kürdəmirdə, 15 iyunda Mingəçevirdə, 16 iyunda Şəkidə, 17 iyunda Balakəndə olacaq, iyunun 20-si isə İstanbula dönəcək.

IMG 20210601 WA0064 1

Qeyd edək ki, şəhər və rayonlarımızı dolaşacaq “Hədiyyə Karvanı” Uşaq Oyunları və İdman Klubu Federasiyası tərəfindən, “YAŞAT” FONDUnun vasitəçiliyi, Ziraat Bank Azərbaycan və digər şirkətlərin dəstəyi ilə həyata keçirilir.  

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər