Həftəsonu “Kənddən Şəhərə” yarmarkası keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 22-23 iyul tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.

Banker.az nazirliyə istinadən xəbər verir ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək.

Təşkil olunacaq yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər