Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 20-21 iyul tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Banker.az Nazirliyə istinadən xəbər verir ki, fermerlər yarmarkada iştirak üçün əvvəlcədən +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməlidirlər. Yarmarka 2 gün müddətində 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.