BANKER.AZ — Qızılın qiyməti Avropa və Kanada mərkəzi banklarının inflyasiyaya qarşı sərt mübarizə apardığına işarə etməsi ardından 7 həftənin ən yüksək səviyyəsinə çatıb. Post-pandemiya və müharibə effektindən güclənən ABŞ dolları yavaş-yavaş əvvəlki vəziyyətinə doğru çəkilir.
Nyu-Yorkun COMEX birjasında avqust ayı qızılın fyuçers qiyməti 24.80 dollar və ya 1.2% bahalaşaraq bir unsiya üçün 1980.80 dollar səviyyəsində qərarlaşıb. Sessiyanın ən yüksək həddi 1 988.25 dollar idi, COMEX qızılı may ayının sonunda 2 000 dollara qalxdıqdan sonra zirvəyə çatmamışdı.
QIZILIN SPOT QİYMƏTİ:
Külçə ilə fiziki əməliyyatları əks etdirən və bəzi treyderlər tərəfindən fyuçerslərə nisbətən daha yaxından izlənilən qızılın spot qiyməti ilə müqayisədə 22.68 dollar və ya 1.2% artaraq 1 977.62 dollar olub.
Bu arada altı əsas valyuta səbətinə qarşı ölçülən ABŞ dollarının indeksi DXY 100 bənd səviyyəsindən aşağı düşdü və bu, son 15 ayın minimum göstəricisidir.
Avro/dollar cütlüyünün məzənnəsi son bir ay ərzində 3%-ə yaxın artaraq 1.1225 səviyyəsinə, sterlinq/dollar 2% artaraq 1.3021 səviyyəsinə yüksələrkən, dollar/isveçrə frankı 4.5% azalaraq 0.8570 səviyyəsinə və dollar/yapon yeni isə 1.5% azalaraq 139.30 səviyyəsinə qədər azaldı. Avro dollara qarşı ilin əvvəlindən 4.5%, sterlinq 7.6%, frank 7.2%, Kanada dolları 3% və yen isə 6.3% bahalaşıb.
ABŞ DOLLARININ İNDEKSİ- DXY:
Kanadada inflyasiya 2021-ci ilin mart ayından bəri ilk dəfə Kanada Bankının hədəf çərçivəsinə düşərkən, Avropa Mərkəzi Bankı sentyabr ayından etibarən faiz artımlarına fasilə verməyə hazır ola biləcəyinə işarə etdikdən sonra qızıl treyderləri üçün ralli açılmış oldu.
Analitiklər düşünür ki, qlobal istiqraz gəlirlərinin azalması investorları Xəzinədarlıqlardan çıxıb qızıl kimi daha yaxşı potensial sığınacaqlara, eləcə də neft və səhmlər kimi əsl risk aktivlərinə köçməyə sövq edir.
Ötən gün texnoloji indeks NASDAQ 0.82% bahalaşaraq 15 841 bəndi, sənaye indeksi Dow Jones 1.06% artaraq 34 952 bənd və ABŞ-ın ən iri 500 şirkətinin fond indeksi S&P 500 0.71% artaraq 4 555 bəndə yüksəldi.
Qızıl 2 000 dollar səviyyəsində yüksəlmək üçün mübarizə apara bilər, lakin istiqrazların gəlirliliyi aşağı düşməyə davam edərsə və FED-in son rüblük faiz artımı ehtimalları mümkün olarsa, vəziyyət dəyişə bilər.
İndi bütün diqqətlər FED-ə və onun siyasətçiləri iyulun 26-da faizlər barədə qərar qəbul etmək üçün yenidən iclas keçirdikdə onun dərəcələrlə bağlı nə edəcəyinə yönəlib. FED-in Federal Açıq Bazar Komitəsi (FOMC) deyilən qurum, keçən ay artıma keçməyə qərar versə də, iqtisadçılar bu dəfə onun son artım tempinə uyğun olaraq 25 baz bəndlik artıma səs verəcəyini düşünürlər.