16 C
Baku
Monday, April 29, 2024

Həmsöhbəti inandırmağın 10 metodu

İnandırma qaydaları:

Hər kəs heç olmasa həyatında bir dəfə həddindən artıq tərs və çətin bir həmsöhbət ilə qarşılaşır.

Hamı bilir ki, mübahisəni həll etməyin ən sadə üsulu ümumiyyətlə mübahisəyə yol verməmək, mübahisədən yayınmaqdır. Amma bəzən situasiya sizdən onu tələb edir ki, siz öz nəzər-nöqtənizi müdafiə edə və ən çətin və tərs həmsöhbəti belə özünüzün haqlı olduğuna inandırasınız. Bu işdə sizə yardımçı ola biləcək 10 tövsiyə təqdim edirik. 

1. Nəzakətli və alicənab olun

İlk öncə insanın özünü qiymətləndirməsi ilə bağlı zərif tellər ilə oynamayın: axı onun xətrinə dəymək, alçaltmaq, şəxsiyyətinə toxunmaq lazım deyil, bununla siz ona heç nə sübut edə bilməzsiniz, o özünü-müdafiə üçün həyatda mövcud olan hər şeyin inkarı mövqeyinə çəkiləcək (antaqonizm). Belə halda olan insanı inandırmaq isə demək olar ki, mümkün deyil.

2. İlk öncə güclü arqumentləri deyin

İlk öncə sizin mövqeyinizi əsaslandıran ən güclü və ən kəsərli arqumentləri söyləyin. Xırda şeylərdən başlamağa dəyməz, bir-başa ağır artilleriyaya keçid edin, yalnız sonra onun daha da möhkəmlənməsi üçün kiçik atıcıları köməyə göndərin.

3. Etibar qazanın

Öz status və imicinizi yüksəltməyə çalışın: bunu praktikadan bildiyinizi, neçə ildir təcrübədən keçirdiyinzi, bu işlə çoxda məşğul olduğunuzu, konkret nəticə əldə etdiyinizi və ya buna görə az pul qazanmadığınızı dəlil kimi gətirin.

4. Hiyləgərlik edin

Növbəti sözləri demək olduqca güclü təsir edir: “Düzdü-düzdü, məhz bunda sən haqlısan, bu yaxşı fikirdir, amma bu birində sən heç haqlı deyilsən…” İnsan hiss edəndə ki, onun fikirlərinə diqqət yetirilir, nəzərə alınır, onda o, da sizi dinləməyə, fikirlərinizi götür-qoy etməyə cəhd edəcək.

5. Kobud yaltaqlıq

İnsanı tərifləyin! Komplimentlər, xüsusən də gözlənilməyən komplimentlər istənilən bir insanı təəccübləndirir və sevindirir, bu isə məhz sizə lazım olan şeydir – o sizin opponentin yumşalmasına səbəb olacaq və onun situasiya üzərindəki nəzarətini azaldacaq.

6. Ardıcıllıqlı razılaşma

Ardıcıllıq qaydası: əvvəlcə insana onun razılaşdığı fikri söyləyin (hətta bu çox aydın şeylər olsa belə), daha sonra isə öz nəzər nöqtənizi ortaya qoyun. Belə halda razılaşma ehtimalı dəfələrlə artır.

7. Söhbəti təhlükəli mövzulardan uzaqlaşdırın

Konflikti daha da kəslinləşdirə biləcək və ya əksinə sizin zəif olduğunuz məqamları ortaya çıxaracaq “sərt döngələrdən” uzaq olun. Əgər belə, oxşar bir situasiya düşsəniz, dərhal söhbətin istiqamətini dəyişməyə çalışın. “Axı biz indi bu haqda danışmırdıq, söhbət odan yox…….bundan gedir….”, “bunu məsələyə heç bir aidiyyəti yoxdur, məsələyə aid olan şeydən danışaq”.

8. Hər bir xırdalığa fikir verin

İnsanın qeyri-verbal davranışını izləyin, o çox şeyi göstərə bilər. Qeyri-verbal davranış –poza, jestikulyasiya və mimikadır. Əgər hər hansı bir arqumenti söylədikdən sonra həmsöhbətinizin gözlərində dəyişiklik hissə etsəniz, bu arqumenti –daha da çox və ətraflı şəkildə açmağa davam edin –bu sizin güclü arqumentdir və insan bunu başa düşdükcə həyəcanlanmağa başlayır.

9. İnsanlar öz xeyrini və mənfəətini güdür

İnsanı inandırmağa çalışın ki, sizin ona dediyiniz faydalıdır və hətta onun özü üçün daha xeyirlidir, nəyinki insanın indi qorumağa çalışdığı mövqe. Belə davam edərsə, o heç nə əldə edə bilməyəcək.

10. Ona qarşı gözlənilməz hörmət və diqqətcillik nümayiş etdirin

Öz həmsöhbətinizə diqqətlə qulaq asın, hətta o, sizi qıcıqlandırsa belə: istənilən insan ona qarşı nümayiş etdirilən diqqətcilliyi hiss edir. Xüsusən də onun fikri ilə razı olmamasına rəğmən hörmət və diqqət nümayiş etdirən insanın davranışı tərif layiqdir. Hər bir kəs özünə qarşı belə münasibət istər. Bununla da siz onun əvvəllər, nə vaxtsa mübahisə etmiş olduğu insanlardan fərqlənəcəksiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər