8 C
Baku
Monday, November 18, 2024

Hər 10 CEO-dan 8-i inanır ki, resessiya olacaq – KPMG

Müstəqil audit şirkəti KPMG dünyanın ən böyük şirkətlərinin 1300-dən çox CEO-su (Baş icraçı direktor) arasında apardığı “Qlobal CEO Sorğusu”nun 2022-ci il üzrə nəticələrini açıqlayıb.

Banker.az xəbər verir ki, sorğuya əsasən, hər 10 CEO-dan 8-i qarşıdakı 1 il ərzində resessiya olacağına inanır. Hər 10 CEO-dan 7-si isə bu resessiyanın şirkətlərin gəlirlərini 10% azaldacağını proqnozlaşdırıb. Bununla belə, hər 4 CEO-dan 3-ü yaxınlaşan resessiya ilə bağlı artıq ehtiyat tədbirləri gördüyünü bildirib.

Sorğuda iştirak edən CEO-ların 39%-i qeyd edib ki, iqtisadi səbəblərə görə işə qəbulu dondurublar, 46%-i isə növbəti 6 ay ərzində işçi qüvvəsini ixtisar etməyi planlaşdırır. Ümumilikdə isə önümüzdəki 3 il üzrə CEO-ların işçilərlə bağlı fikirləri optimistdir, yalnız 9% bu müddət ərzində işçilərini daha da ixtisar etməyi planlaşdırır.

 

Son xəbərlər
Digər xəbərlər