6 C
Baku
Sunday, December 15, 2024

Hər bir Azərbaycan vətəndaşı orta hesabla 384 manat xərcləyib

2022-ci ilin yanvar-avqust aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri
tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2.8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99.7 faizini təşkil edib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3.1 faiz, fərdi sahibkarlar üzrə 1 faiz, bazar və yarmarkalarda isə 6.3 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda
383,8 manatlıq, o cümlədən 216.6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
167.2 manatlıq qeyri-ərzaq malları almışdır.

Son xəbərlər
Digər xəbərlər