10 C
Baku
Friday, December 13, 2024

Hər kəsin tərtib etməli olduğu “siyahılar”

Həyatın təşkil edilməsinin ən geniş yayılmış və sadə üsullarından biri siyahılardır. Biz siyahılara o qədər vərdiş etmişik ki, bunların bəşəriyyətin necə mükəmməl ixtirası olduğunun fərqinə varmırıq. Bu məqalədə hər kəsin tərtib etməli olduğu siyahılardan bəhs edəcəyik.

Siyahılar bizə çətin tapşırıqları çoxsaylı kiçik tapşırıqlara bölmək, onları həll etmək prosesini izləmək və sərf edilən əməyi qiymətləndirməyə imkan verir. Onlar bizə vacib olanı unutmağa imkan vermir və günümüzə düzgün şəkildə planlaşdırmağa kömək edir. Siyahılar bizi hər yerdə əhatə edir və demək olar ki, hər bir sahədə faydalıdır.

Bəs məşğul olduğu sahədən asılı olmayaraq hər kəsin tərtib etməli olduğu siyahılar hansılardır:

Kreativ ideyalar:

Yaradıcılıq – spontan fəaliyyətdir və onu müəyyən çərçivələr daxilinə salmaq kifayət qədər çətindir. Buna görə də, dəyərli ideyalarınızı, orijinal tapıntılarınızı, qeyri-adi fikirlərinizi bir kənara qeyd etmək mütləqdir. Bu siyahı ağlınıza heç bir ideya gəlmədikdə köməyinizə çatacaq.

Oxumalı olduğunuz kitablar:

Əgər oxuduğunuz kitabı bitirdikdən sonra növbəti olaraq hansı kitabı oxumalı olduğunuzu düşünə-düşünə əzab çəkirsinizsə oxumalı olduğunuz kitabların siyahısını tərtib etməyin əsl vaxtıdır. Dostlarınızın məsləhət gördüyü, haradasa diqqətinizi çəkən kitabların adlarını bu siyahıya daxil edin. Yeri gəlmişkən, belə bir siyahı ilə oxuduğunuz kitabların ümumi qiymətləndirilməsini də həyata keçirə bilərsiniz.

Cari tapşırıqların siyahısı:

Bu ilk baxışdan darıxdırıcı görünə bilər, lakin bu növ siyahı olmadan keçinə bilmərik. Bu növ siyahılar gündəlik rutinin öhdəsindən gəlməyə kömək edəcək.

Baxmalı olduğunuz filmlərin siyahısı:

Bu siyahı eyni ilə kitabla bağlı siyahı kimidir. Yaxşı düşünülmüş siyahı sizi təsadüfi və maraqsız seçimdən sığorta edəcək.

Arzuların siyahısı:

Arzu böhranı qeyri-ciddi məsələ deyil. Bir gün həyatın mənasızlığını hiss etsəniz bilin ki, məhz bu böhran ilə qarşı-qarşıyasınız. Öz arzularınızı sevmək, qorumaq və inkişaf etdirmək lazımdır. Onlar yaxşı inkişaf etsin deyə isə xüsusi siyahılara ehtiyacınız var.

Antisiyahı:

Hər kəs siyahıya mütləq olaraq etməli olduğu tapşırıqların qeyd edilməsinə vərdiş edib. Lakin bəzi hallarda etməməli olduğunuz işlərin siyahısını da tərtib etməyə ehtiyac var. Əgər sizin də tərgitməli olduğunuz zərərli vərdişləriniz varsa bu vərdişlərin siyahısını tərtib edin və mütəmadi olaraq onlardan xilas olmalı olduğunuzu xatırlayın.

Son xəbərlər
Digər xəbərlər