2 C
Baku
Saturday, December 14, 2024

“Hərbi xidmət haqqında” qanuna dəyişiklik edildi

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişib.

Banker.ax xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu qanunun 15.2.2-15.2.5 maddələrində (15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5.həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında) nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılacaq.

Yekun tibbi müayinənin aparılması qaydası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müəyyən ediləcək.

Son xəbərlər
Digər xəbərlər