12 C
Baku
Saturday, November 23, 2024

Hərracda dollara tələb son bir ayda ilk dəfə $100 mln.-dan aşağı düşdü

13 yanvar 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Hərracda tələb 96.9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bu da 2021-ci ilin dekabr ayının 14-dən (80 mln. dollar) bu tərəfə ən aşağı göstəricidir.

Untitled 1

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Bugünkü hərracda ABŞ dollarına olan tələbin düşməsinə rəğmən, nəzərə alınmalıdır ki, ilk üç valyuta hərracında satılan 324 mln. dollar, 2020-ci ilin martından bu tərəfə ən yüksək göstəricidir.

2342

Son xəbərlər
Digər xəbərlər