Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib.
Banker.az-ın məlumatına görə,11.02.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 848 mln. manat olub. Bildirək ki, AMB-nin bu hərracda 350 mln manat cəlbi planlanmışdır.
Qeyd edək ki, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil edib.