-1 C
Baku
Sunday, December 15, 2024

Hərracda manata təlabat 66% çox oldu

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib.

AMB-nin açıqlamasına əsasən, 01.05.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 274.9 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,98% təşkil edib.

Bu da hərracda cəlb olunması nəzədə tutulan 150 milyon vəsaitdən 66% çox tələbin olması deməkdir.

Xatırladaq ki, ötən aprel ayı ərzində Mərkəzi Bank 1,7 milyarddan çox manat cəlb etmişdi ki, bu da hərraclarla cəlbi planlaşdırılan 1,1 milyard manatı 55%-ə yaxın üstələməsi deməkdir.

Son xəbərlər
Digər xəbərlər