Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri məlum olub.
Banker.az xəbər verir ki, 27.04.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 416,5 mln. manat olub. Bu hərracda 250 mln. manat cəlb olunması nəzərdə tutulmuşdu.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdi, bu da sonuncu hərracla eyni olması deməkdir.