Bu gün Mərkəzi Bank-da keçirilən valyuta hərracında dolların manat qarşısında ucuzlaşmasından sonra əksər bankların ABŞ valyutasının həm satış, həm da, alış kursunu endirblər. Lakin ötən aydakı ucuzlaşmalardan fərqli olaraq banklar dolları bir çox aşağı faizlə ucuzlaşdırıblar.
Banker.az-ın saat 15:50 radələrinə olan araşdırmasına görə, dolların satış kursunu ən çox “ZiraatBank” ucuzlaşdırıb. Türk bankı, valyuta hərracı ərəfəsində 1,7500 manata satdığı dolları günortadan sonra 1,34% ucuzlaşdıraraq 1,7270 manatda saxlayıb. Hal-hazırda dolları ən ucuz qiymətə satan bank “YapıKredi” QSC, “GünayBank” ASC və “Amrahbank” ASC-dir, 1,72AZN.
Dolların alış kursunda isə ucuzlaşma daha çox faizlə ifadə olunur. Belə ki, alış kursunu “Ziraatbank” ASC, “Günaybank” ASC və “Unibank” ASC dolları 2%-dən çox endirib. Dolları ən ucuz alış kursu 1,67 manatdır.