İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampla görüşməkdən imtina edib.
“BBC”yə istinadən xəbərə görə, Ruhani deyib ki, ancaq məlum sanksiyalar ləğv ediləcəyi təqdirdə Trampla görüşə bilər.
“Bunsuz bu qıfıl açılmayacaq”, – o bildirib.
Məlumat üçün bildirək ki, İran prezidenti bu sözləri xarici işlər naziri Məhəmməd Zərifin bazar ertəsi Fransada G7 sammitinə elan edilməmiş gəlişi və çıxışından sonra deyib.
Qeyd edək ki, Tramp isə bir neçə gün öncə demişdi ki, o, doğru şərtlər altında cənab Ruhani ilə görüşməyə hazırdır.