2 C
Baku
Saturday, December 14, 2024

“Həyat fəaliyyətinin 7 kateqoriya üzrə məhdudlaşma faizləri müəyyən olunacaq”

Ölkəmizdə əlillik sahəsində qabaqcıl dünya təcrübəsinə uyğun fundamental islahat olan yeni “Əlilliyin müəyyən olunması meyarları” iyulun 1-dən qüvvəyə minəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, həmin vaxtdan əlilliyinin qiymətləndirilməsi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşma faizlərinin müəyyən olunması əsasında həyata keçiriləcək.

15 yaşına çatmamış uşaqlar əmək fəaliyyətinə cəlb edilmədiyi üçün onlarda əmək fəaliyyəti bacarığı qiymətləndirilməyəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər