Həyat sığortaçıları ilk rübdə 24 mln. manat xalis mənfəət əldə ediblər – SİYAHI

Azərbaycanın həyat sığortası bazarı 2026-cı ilin birinci rübündə xalis mənfəət baxımından 9 faiz artım nümayiş etdirib.

Banker.az-ın apardığı ilkin hesablamalara görə, sektor üzrə ümumi xalis mənfəət illik müqayisədə 21.8 milyon manatdan 23.72 milyon manata yüksəlib.

Bazarın lideri olaraq “PAŞA Həyat Sığorta” ASC-nin xalis mənfəəti illik müqayisədə 2% artaraq 15.12 milyon manat təşkil edib. Bu göstərici ilə şirkət təkcə liderliyini davam etdirməyib, həm də ümumi bazarın xalis mənfəətində təxminən 66%-ni paya sahibdir.

İkinci pillədə qərarlaşan “Atəşgah Həyat Sığorta Şirkəti” ASC isə daha yüksək dinamika nümayiş etdirib. Şirkətin xalis mənfəəti 31% artaraq 4.58 milyon manata çatıb. Üçüncü yerdə olan “Qala Həyat Sığorta Şirkəti” ASC-də isə əksinə, ən iri iki şirkətin əksi istiqamətdə “üzərək” 5%-lik  azalma yaşayıb. Onun xalis mənfəəti cəmi 1.99 milyon manata olub.

3r 1

Son xəbərlər
Digər xəbərlər