10 C
Baku
Thursday, December 12, 2024

Həyat yoldaşını necə «milyonçu» etmək olar?

1. Ərinizə inanın

Həqiqətən də bütün varlığınızla həyat yoldaşınıza inanın. Bəzən evlilik zamanı yığılmış inciklikləri unutmaq çətin olur, lakin özünüzə qalib gəlin. Həyat yoldaşınıza qarşı olan sevgi və ona olan inamınız ərinizin milyonçu olmaq yolunda atılmış ən mühüm addımdır. 

2. Ərinizi tərifləyin

Yalnız qadınlar deyil, kişilər də qulaqları ilə sevir. Öz həyat yoldaşınıza heyranlıq duyun. Bu üsulun sirri şüuraltı təsirdədir.

Həyat yoldaşınız daha da yüksək zirvələri fəth etməyə çalışacaq və həm sizə, həm də özünə istənilən məqsədə çata biləcəyini sübut edəcək.

3. Onun qalxmasını stimullaşdırın

Bunu necə etmək olar? Hər şey çox asandır: “Əzizim, mən yeni kürk istəyirəm. Yoxsa köhnə kürküm artıq yararsızdı. Mən bunu elə belə deyirəm. Başa düşürəm ki, bizim yeni kürk almağa hələ imkanımız çatmır. Sən daim çalışırsan. Sən çox güclüsən”.

Belə olduğu halda xahiş yaxşı səslənir və insanın psixologiyasına təsir göstərmir. Həyat yoldaşınızın sizə yeni kürk almaq ehtimalı isə artır.

4. “Xırda şeylərə” görə onu narahat etməyin

Bəli, sizin elektrik şəbəkəniz pis gündədi, həyat yoldaşınız isə elektrik olduğu halda elektrik şəbəkəsini təmir etmir. “Çəkməsiz çəkməci” paradoksu bugünkü gündə bir çox ailələrdə müşahidə olunur və “atmosfer təzyiqə” güclü təsir göstərir. Yoldaşınıza bunu sakit şəkildə deyin, ona təzyiq göstərməyin. Gec ya tez o, onsuz da elektrik şəbəkəsini təmir edəcək. Yoldaşınız sadəcə olaraq hər şeyi sizin edəcəyinizə öyrəşib. Bu halda məsələn, bir usta çağırmağınıza.

Əgər siz onun bu davranışına barmaq arası baxmağı öyrənsəniz, yoldaşınız elektrik şəbəkəsini təmir etməyin onun vəzifəsi olduğunu anlayacaq. Öz həyat yoldaşınızı milyonçu etmək üçün siz onda mənsuliyyət hissini tərbiyə etməlisiniz. Bu hiss isə qeyd etdiyimiz misala oxşayır  “hər şey xırda şeylər əsasında qazanılır”.

5. Onun istedadlarını inkişaf etdirin.

Siz artıq neçə vaxtdır ki, bir yerdəsiniz və siz onu beş barmağınız kimi tanıyırsınız. Onun ən çox nədən başı çıxır? Harada o, özünü suda balıq kimi hiss edir? Ona dəstək olun, onun bacarıq və biliklərini inkişaf etdirməsinə kömək edin. Təbii ki, bunu ona təzyiq etməyək edin.

Siz eyni zamanda həyat yoldaşınızın dayağı, dəstəyi, sevimli yoldaşı və sirdaşı olmalısınız.

Bunlara nail olmaq çətindi? Bu dünyada istədiyiniz halda mümkün olmayan heç nə yoxdur.

Son xəbərlər
Digər xəbərlər