16 C
Baku
Wednesday, May 1, 2024

Həyatı dəyişəcək 13 prinsip

1. 80/20 prinsipi (Pareto qanunu)

Sizin əldə etdiyiniz bütün gəlirlərin 80%-ni sizə bütün fəaliyyətinizin cəmi 20%-i qazandırır. Etdiyiniz bir çox şeylər, əslində düşündüyünüz qədər vacib deyil.

2. Parkinson qanunu

Sizə lazım olan işləri əslində düşündüyünüzdən daha sürətli edə bilərsiniz. Siz tapşırığa nə qədər çox vaxt ayırsanız, bir o qədər də çox vaxt itirəcəksiniz.

3. Qrup şəkilli əməliyyat

Yeknəsəq və darıxdırıcı tapşırıqları sürtəli etməyin ən yaxşı üsullarından biri – onları komplekt şəklində, bir-birinin arxasında etməkdir.

4. Əvvəlcə verin, sonra isə əvəzində nə isə alın. Məhz bu qaydada, əksinə deyil. Zaman keçdikcə siz verdiklərinizdən daha çox alacaqsınız.

5. Hadisələri qabaqlayın, yerinizdə donub qalmayın

Bu nəinki sizi gözləməkdən və intizardan xilas edəcək, həm də sizə məmnuniyyət yaşadacaq. Siz başa düşəcəksiniz ki, həyatınızın ixtiyarı, yəni onun idarə etmək gücü sizin öz əllərinizdədir.

6. Səhvlər və uğursuzluqlar yaxşılığa doğrudur

Onlar sizə misilsiz təcrübə qazanmaq imkanı verir, siz çoxlu maraqlı şeylər öyrənir və müvəffəqiyyətli insan olmaq şansı əldə edirsiniz, çünki uğur yalnız siz səhvlər və uğursuzluğa təslim olmayanda gəlir. Yalnız inadcıl insanlar uğur əldə edirlər.

7. Özünüzə qarşı həddindən artıq sərt olmayın.

Bu sadəcə əlavə və gərəksiz daxili ağrı yaradır və sizin həddindən artıq dəyərli vaxtınızı alır.

8. Yaxşı kontaktlar yaradın

İstənilən bir görüşə elə yanaşın ki, sanki orada sizin ən yaxşı dostlarınız iştirak edir. Dayanmadan həyəcanlanmaq əvəzinə siz söhbətə pozitiv köklənərək, yanaşırsınız. İnanın ki, hər şey ürəyinizcə olacaq.

9. Gerçəklik sizin münasibətinizdən asılı olaraq dəyişir.

Pessimistlik realizm maskası arxasında gizlənə bilər. Lakin bu ona görə baş verir ki, sizin beyniniz neqativləri qəbul etməyə yönəlmişdir, siz məhz onları görmək istəyirsiniz. Ona görə də siz hər dəfə “haqlı” çıxırsınız. Digər tərəfdən isə belə situasiyalarda haqlı olmamaq daha yaxşıdır.

Əgər siz köklü şəkildə öz münasibətinizi dəyişməyə çalışsanız, sözün yaxşı mənasında təəccüblənəcəksiniz. Dəyişilməyi sadəcə bir imkan kimi qiymətləndirməyin, bu istiqamətdə real fəaliyyətə keçin.

10. Xeyirxahlıq –özünü xoşbəxt hiss etməyin ən sadə üsuludur.

Əgər mənə kimsə desəydi ki, cəmi bir neçə dəqiqə ərzində hiss etdiyim minnətdarlıq hissi pis əhval-ruhiyyəni yaxşı əhvala çevirməyin ən əla üsüludur, mən ciddi şəkildə məşq edərdim ki, minnətdarlıq etməyi bacaran bir insana çevrilim. Bu bizi əhatə edən mühitə öz pozitiv münasibətimizi bildirməyin və düzgün hədəflərdə diqqət cəmləməyin gözəl üsullarından biridir. Bununla –həmçinin digər insanları da xoşbəxt etmək olar. Ətrafdakılara xoşbəxt hisslər bəxş etməklə, siz özünüz də daha xoşbəxt olacaqsınız. Çünki emosiyalar yoluxucudur.

11. Özünüzü digər insanlar ilə müqayisə etməyin.

Əgər siz özünüzü digər insanlar ilə müqayisə edirsinizsə, siz xarici aləmə öz hisslərinizi idarə etməyə icazə vermiş olursunuz. Bu zaman sizin əhvalınızın aşağı düşmə ehtimalları təmin olunub. İnsanın özünü özü ilə müqayisə etməsi daha məhsuldardır. Bu zaman siz öz məqsədlərinizə nə qədər yaxın gəldiyinizi və əvvəlki dövr ilə müqayisədə nə qədər böyüdüyünüzü və artım əldə etdiyinizi görə bilirsiniz. Ola bilsin bu o qədər də möhtəşəm səslənmir, amma ən azından insana daxili sakitlik gətirir, iradənin gücünü artırır və insanı müsbət emosiyalar bürüyür. .

12. Sizin qorxularınızın 80-90%-i heç vaxt həqiqətdə baş vermir.

Bu yalnız sizin beyninizdə yaşayan bir bədheybətdir. Bu hadisə nə vaxtsa baş verərsə, onda çox güman ki, sizin gözlədiyiniz qədər qorxunc olmur. Narahatlıq və nigarançılıq əksər hallarda sadəcə boş vaxt itkisidir.

13. Heç nəyi ürəyinizə salmayın.

Hadisələri həddindən artıq ciddi qəbul etməyin. Bu gün sizə böyük bir problem kimi görünən hadisə üç il sonra heç yadınıza düşməyə də bilər. Əgər hadisələrə, öz fikirlər və emosiyana həddindən artıq ciddi yanaşıldıqda, bu sizə yalnız lazımsız əzab-əziyyət gətirəcəkdir. Ona görə də bir az sakitləşin və rahatlaşın. Sizin əhval-ruhiyyəniz öz yerinə qayıdacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər