5 C
Baku
Saturday, December 14, 2024

Naxçıvanda sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 2,5 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən maliyyələşdirilən layihələrin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,3 %, verilmiş güzəştli kreditlərin məbləği isə 2,5 dəfə artıb.

Bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.

A.İsmayılov vurğulayıb ki, sahibkarlığın sürətli inkişafında ən önəmli amillərdən biri maliyyə əlçatanlığıdır.

Onun sözlərinə görə, 2023-cü ildə SİF tərəfindən 40 investisiya layihəsinin maliyyələşdirilməsinə 6,2 milyon manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib. Bunun 84,8 %-i sənaye məhsullarının istehsalına, 11,7 %-i kənd təsərrüfatına, 3,5 %-i isə xidmət sahələrinə yönəldilib.

“Ötən il muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən real sektora 130,4 milyon manatdan çox kredit verilib ki, bu, 2022-ci ilin müvafiq göstəricisindən 2,7 dəfə çoxdur”, – A.İsmayılov bildirib.

Son xəbərlər
Digər xəbərlər