10 C
Baku
Wednesday, December 11, 2024

Həyatımızı tamamilə dəyişəcək 9 vərdiş

Həyatımızın formalaşmasında, fərd olaraq kim olmağımızda və ətrafımızda necə qəbul olunmağımızda sahib olduğumuz vərdişlərimiz əsas pay sahibidir. Bir çox uğur qazanma taktikaları kimi “əsas inanmaqdır”, “başlamaq işin yarısıdır”, “əsas motivasiyadır” kimi içi boş, qulağa xoş gələn söz yığınından istifadə olunsa da bir işi uğurla başa vura biləcəyimiz barədə dəqiq proqnozları mövcud vərdişlərimiz verir. Bu vərdişlər işlərimizin nəticəsinin xammalıdır, uyğun xammalınız yoxdursa, istəyir ürəkdən inanaq, dəli kimi istəyək o işi mümkün deyil. Bu məsələ ilə bağlı öz fikirlərimi yazacaqdım ancaq aşağıdakı yazını gördükdən sonra təxirə saldım. Məqalənin original linki yazının sonunda yerləşdirirəm.

Həyatımızı tamamilə dəyişəcək 9 vərdiş                                     

Kiçik addımlar böyük nəticələrə aparır.

Bir neçə il ilk baxışda kiçik olan və vacib  görünməyən dəyişikliklərə sadiq qalsanız, diqqət çəkici nəticələrə gətirib çıxaracaq (James Clear – Atomic Habits)

Hədəflərə çatmaq üçün sistemə ehtiyacın var. Sən yeni vərdişlər yaratma və onlara uzun müddət bağlı qalmalısan ki, onlar da sənə öz növbəsində sehrini göstərə bilsin. Sən bunu tez-tez eşitmisən, çünki bu həqiqətdir.

2019-cu ilin ən məhşur kitablarından biri James Clear-ın “Atomic Habits”dir. Bu kitab pis vərdişlərdən qurtulmaq və daha yaxşılarını inşa etmək üçün praktiki bir yol xəritəsidir. Yazıçı aydın izah edir ki, nə üçün kiçik vərdişlər ciddi uğurlara gətirib çıxara bilir.

Əgər hələ bu kitabı oxumamısansa, bunu etməlisən. Ancaq sadəcə oxuma. Buradan örəndiyin hər şeyi praktikadan keçirtməlisən. Sən bunu edənə qədər səni inkişaf etdirəcək 9 mikro vərdişlə tanış edirəm.

  1. Reaksiyalarını gecikdir

 Bilirəm, bilirəm ki, sürətli dünyada yaşayırıq. Ancaq bu o demək deyil ki, hər şeyə sürətli cavab verməliyik. “Sənə sonra bildirəcəm”, “bununla bağlı sənə dönüş edəcəm” və s. kimi ifadələrdən istifadə etməyi öyrən.

Birbaşa  təklifə “bəli” deyib, sonra sənin cədvəlinə uyğun olmadığını anlamaq əvəzinə yaxşısı budur ki, fikirləşmək üçün bir neçə dəqiqə vaxt ayır.

Bu səni uzun zaman kəsiyində böyük vaxt itkisi və  məyusluq hissindən xilas edəcək.

  1. Xoşlamadığın işlər yarandıqda , özünü, onları təxirə salmadan bitirməyə məcbur et

Hər gün etmək istəmədiyin kiçik hədəflər seç, sonra ona başla və bitir. Qab yumaqdan, yatağını düzəltməkdən, yemək sifarişindən tutmuş şam yeməyi hazırlamağa qədər. İstənilən bir şey ola bilər.

Bir neçə gün bunları etdikdən sonra başa düşəcəksən ki, problem həmin işlərin özü deyil. Bu sənin təxirə salma vərdişindir. Xüsusi ilə seçmək şansın olanda bunu etmək daha rahat olur. Lakin bir dəfə ilk  addımı atdığında özünü o əhvalda tapırsan və işi bitirirsən. 

  1. Bir gün sosial mediadan istifadə etmə

Günlər olub ki, telefonum əlimin bir hissəsinə çevrilib. Heç bir səbəb olmadan onu götürürəm və heçnə anlamadan sosial şəbəkədə 30 dəqiqə aşağı-yuxarı edirəm. Hətta mənim böyük sosial media platformam yoxdur.  Facebookda heçnə yazmıram və təxminən İnstagramda 200 izləyicim var.

Lakin bundan bir dəfəlik imtina edə bilmərəm və bunu istəmirəm də. Facebook və İnstagram baş verən yerli hadisələri və yazıma görə ilham mənbəyini tapmaq üçün əla vasitələrdir. Bu saytlardan müəyyən ölçüdə istifadə etdiyimiz müddətdə faydalıdır.

Proqramları telefonumdan silmək əvəzinə qərar verdim ki, Bazar günləri onlardan istifadə etməyəcəm. Və bunu etdim. 4 həftə sonra ciddi ölçüdə “screen time” azaldı və bir saatlıq istifadə limiti müəyyənləşdirdim.

Beləliklə, əgər səndə bundan əziyyət çəkirsənsə, kiçik addımla başla. Bir gün smartfonsuz yaşa və wifi-ı söndür. Gördükdən sonra ki, bir gün offline olmaqla heçnə itirmirsən istəkli olaraq daha az günlük online olmaq üçün istifadə edəcəksən.

  1. Gecə olmamışdan öncə növbəti günə hazırlaş

Lazım olan əşyalarını seç və hər şeyi çantana qoy (kişilər ola bilsin anlamadı, lakin əksər xanımlar bilir ki, onların çantalarına qoymaq üçün uzun siyahısı var). Sabah etməli olduqlarının cədvəlini yaz və görüşlərini, zənglərini nəzərdən keçirt. Sabahı daha rahat edəcək bir şeylər et.

Əgər planın varsa, sən işini daha sürətli görəcəksən. Burada sehir yoxdur, sadəcə saf məntiq var.

  1. Düşüncəli qidalan

Videoya baxaraq, işləyərək yediyin zaman ehtiyacın olandan daha çox yeyirsən. Üstəlik yeməkdən həzz ala və məhsuldar ola bilmirsən. Bir excel faylını anlamağa çalışdığında tərəvəzlərin dadını hiss edə bilərsən? Ehtimal ki, yox.

Nahar və şam 10-15 dəqiqədən çox vaxt aparmamalıdır. Nə zaman bu qədərdən çox məşğul olduq, hətta bədənimizə enerji vermək üçün 10 dəqiqə belə vaxtımız olmur.

Növbəti dəfə yemək yeyəndə sadəcə bunu et. Ye. Görəcəksiniz ki, telefona dəyməmək heç də rahat deyil. Sadəcə fakt odur ki, bunu etməmək üçün özümüzlə danışmalıyıq.

  1. İşlərin üçün Timer istifadə et

Pomodoro taktikası (The Pomodoro Technique) həmçinin faydalılıq İncili (Bible of Productivity) də adlanır. Bu metodika son zamanlar  çox məhşur olub,  çünki işləyir və bütün tərifləri haqq edir. Burada qeyd etdiyim bütün mikro vərdişlərin içərisindən mənə ən faydalısı bu olmuşdur. İşləmək və tam gün səyahətləri rahat(əyləncəli də) olmur, cədvəl hazırlamalı və ona bağlı olmalısan. Bu taktikanı özüm üçün etdim və işlədi. Bir saat yazıram. 10 dəqiqə fasilə götürürəm və yenidən bir saat yazıram. Bu ən əsas fəndlərimdən idi ki, hər ay bir neçə şəhərləri kəşf edərək son tarixləri çatdırdım.

  1. Telefonunuzu otağın əks tərəfində yerləşdirin

Əgər telefonunu yanında saxlasan, oyananda yataqdan gec qalxana qədər alarmı gecikdirirsən. Əksəriyyətimizdə çətin hissə ayağa qalxmaqdır, oyanmaq deyil. Bu da səbəbdir ki, niyə bu üsul işə yarayır.

Telefonu otağın əks tərəfinə qoyduqda qalxırsan, addım atırsan, zəngi saxlayırsan. Sonra başa düşürsən ki, susamısan və qarşıda edəcəyin çox işlər var. Yatağın artıq sənə rahat yer kimi görsənmir.

  1. Gözləmə vaxtı müəyyən et

Keçmiş illərdə bir şey almazdan əvvəl iki qayda tətbiq edirdim. Birinci, bir şeyi bəyəndiyimdə yerindəcə onu almırdım – o vaxta qədər ki ona ehtiyacım yaranır və onu axtarmağa başlayıram. Əvəzinə bir neçə gün gözləyirəm və onun hələ də ağlımda olub-olmamasını görürəm. Bir neçə gün sonra almaq istədiyim ayaqqabı və ya paltarı arzulayıramsa onu alıram. Əgər tamamilə unutmuşamsa, ondan yanaşı keçdim, çünki instiktiv alış-veriş olacaqdı.

İkinci qaydanı endirimdə olanlara tətbiq edirəm. Hər kəs endirim periodlarını sevir düzdür? Təbii ki, bizdə. Bu həmçinin ehtiyacımız olmadığı şeylərin alınması zamanıdır. Bu Marketinqin işləmə üsuludur. Yaxşı qiymətə etdiyimiz anlaşma bizi xoşbəxt edir. Evə çatdığımızda isə anlayırıq ki, bu sadəcə keçici hiss imiş. Lazımsız əşyaları almamaq üçün özünə bu sadə sualı ver. Bunun üçün endirimsiz qiyməti verərdim? Əgər cavab hə-dirsə, pul qabını çıxart.

  1. Bütün ideaları yaz

“OK-dur, mən bunu xatırlayacam” dediyimiz ən böyük yalan kimi tarixə keçməlidir. Gün ərzində əldə etdiyiniz şeylərin yarısını unudaraq sonlandırırsınız. Beləliklə, axmaqca görünən, mühümsüz olan, qarışıq olan hər şeyi yazmaq vərdişi əldə et.

  • Pisindən qurtul

Pis vərdişlərinin siyahısını hazırla və onlardan qurtulmaq istə. Bunun üçün özünlə savaşa girmək əvəzinə sadəcə birini seç və ona fokuslan. Kiçik addımlar at. Bir siqaret az çək. Yemək istəmədiyin qidalardan birindən vaz keç. Birini bitirdikdən sonra digərinin üzərində işləməyə keç.

  • Yaxşını əlavə et

Eynisi etmək istədiyin yaxşı dəyişikliklər üçün də keçərlidir. Əgər hər gün bir stəkan su içirsənsə, 2 litr su içməyə cəh etmə. Boşqabına sadəcə bir ədəd artıq tərəvəz qoy. Bir dəqiqə artıq qaç. Hər gecə bir səhifə artıq oxu.

James Clear-in Atomic Habits də dediyi kimi: Siz hədəflərinizin səviyyəsinə qalxmırsınız. Öz sisteminizin səviyyəsinə düşürsünüz..

Beləliklə, əmin olun ki, hədəfləriniz üçün yaxşı qurulmuş sisteminiz var.

https://medium.com/live-your-life-on-purpose/9-micro-habits-that-will-completely-change-your-life-in-a-year-6bd291aee5c1

Tərcümə etdi: Elnur Jabbarzada

 

 

 

Son xəbərlər
Digər xəbərlər