14 C
Baku
Thursday, March 28, 2024

Həyatın mənasını bilmək erkən ölüm riskini azaldır

Həyatın mənasını bilmək erkən ölüm riskini azaldır, bu haqda JAMA Current Open-in dərc etdiyi tədqiqatın nəticələrində deyilir. 

Tədqiqatçılar 51-61 yaş aralığında olan təxminən 7 min amerikalının məlumatlarını təhlil etdilər və həyatın mənası ilə erkən ölüm arasındakı əlaqənin olduğunu sübuta yetirə bildilər. 

Nəticələr müəllifləri dəhşətə gətirdi – həyatının mənasını bilməyən insanlar daha erkən yaşlarında dünyasını dəyişirlər! Erkən ölümün ən geniş yayılmış səbəblərindən biri isə bu insanlarda ürək-damar xəstəliklərinin olmasıdır. 

“Mən buna şübhə ilə yanaşırdım, – deyə tədqiqatçılardan biri olan Selesta Spirs qeyd edir. – İndi isə elə hesab edirəm ki, bu nəticələr kifayət qədər qənaətbəxşdir”. 

Tədqiqat 2006-2010-cu illər aralığında keçirilib və bu dövr ərzində həyatında heç bir məna görməyən və dünyasını dəyişən insanların sayı iki dəfə çox olmuşdur. 

Həyatın mənası və ölüm səviyyəsi arasında olan bu əlaqələr cins, irq və ya təhsil səviyyəsi kimi faktorlardan asılı deyil. Tədqiqatçıların fikrincə, bu əlaqələr o qədər güclüdür ki, insanın sağlamlığına təsir göstərən amillər sırasında birinci yer tuturlar. 

“Yuxu, qida və su kimi baza ehtiyaclardan başqa insanın bir sıra psixoloji ehtiyacları da var. Məqsəd və mənaya olan ehtiyac isə onlar arasında birinci yerdədir”, Icahn School of Medicine məktəbinin professoru Alan Rozanski bildirir. Professor tədqiqat prosesində iştirak etməsə də, insanın fiziki sağlamlığı və həyatın mənası arasındakı əlaqələri öyrənib. 

Yeni tədqiqat həyatın mənası və fiziki sağlamlığın arasındakı əlaqələrə dair kiçik, lakin artan ədəbiyyatın həcmini tamamlayır. Məsələn, 2016-cı ildə Rozanski Psychosomatic Medicine jurnalında bir məqalə dərc etdirmişdir ki, bu da 10 araşdırmadan ibarət olan məlumatlara əsaslanaraq, güclü həyat məqsədləri ilə erkən ölüm riskinin azalması arasında əlaqələrin mövcudiyyətini sübut etmişdir. 

JAMA Current Open-da keçirilən yeni tədqiqatın müəllifləri, yaşlı amerikalılar arasında “Sağlamlıq və pensiyaya çıxmağın tədqiqi” adlı bir sorğu keçiriblər. 

İştirakçılara maliyyə, fiziki sağlamlıq və ailə həyatına dair müxtəlif suallar verilirdi. 

2006-cı ildə bir sıra iştirakçılar psixoloji anketlərini, həmçinin “Rifahın psixoloji şkalası” adlı sorğudan keçiblər. Anketdə “Bəzi insanlar məqsədsiz yaşasa da, mən  onlardan biri deyiləm” kimi suallar da var idi. 

Tədqiqatın müəllifləri bu suallardan istifadəçilərin düşüncələrini və həyata olan münasibətini qiymətləndirmək üçün istifadə edirdilər. 2010-cu ildə bu məlumatlar iştirakçıların fiziki sağlamlığı ilə müqayisə edildi. 

Mütəxəssislərin fikrincə, məqsədin necə olması çox da böyük əhəmiyyət kəsb eləmir. Əsas odur ki, insanın həyatda ümumiyyətlə hər hansısa məqsədi olsun. 

“Bəziləri üçün bu, uşaqların tərbiyəsidir. Digərləri üçün – könüllü iş təcrübəsi – Pirs qeyd edir. – Həyatda zövq mənbəyi çox fərdi ola bilər”. 

Miçiqan universitetinin tədqiqatçıları sübut edə biliblər ki, həyatda hər hansısa məqsədi olan insnalar xərçəng xəstəliyi ilə daha yaxşı mübarizə aparırlar. 

Bu fenomenin öyrənilməsi məqsədilə bir sıra tədqiqatlar keçirilib. 

“Süd vəzləri xərçəngi xəstəliyindən əziyyət çəkən insanlarla çox yaxın idim. Mən onların gözlərində qorxu, narahatlıq və depressiya görürdüm. Bunu görüncə mən təhsilimi aspiranturada davam etdirmək qərarına gəldim. Karyerama da məhz belə başladım”, – tədqiqatçılardan biri öz təəssüratları ilə bölüşür. 

Pirs deyir ki, həyatın mənası ilə fiziki sağlamlıq arasında olan əlaqə çox güclü görsənsə də, bu sahəni daha dərindən öyrənmək üçün bir çox araşdırmalar və tədqiqatlar aparılmalıdır. O, həmçinin ictimai səhiyyə strategiyalarını – müalicənin növlərini və ya təhsil alətlərini tədqiq etməyi planlayır. 

 

Son xəbərlər
Digər xəbərlər