Böyüklüyə iddia eləmək fövqaladə nəticələr doğurur. Böyük həyat dalınca gedin və mümkün olan ən böyük həyatı yaşayın. Böyük yaşamaq üçün böyük düşünmək lazımdır. Həyat və məqsədinizin böyüklüyü perespetivinə hazır olmalısınız. Nəaliyyət və bolluq düzgün əməllərin qeyri-məhdud dərəcədə icrasının nəticədir və bundan qorxmayın.
Qabiliyyətsizlikdən qorxun. İtkidən qorxun. İstədiyiniz kimi yaşaya bilməməkdən qorxun. Biz böyükdən qorxanda şüurlu yaxud qeyri-şüurlu şəkildə ona müqavimət göstərməyə başlayırıq. Biz daha kiçik nəticə və imkanları seçir və böyük olanlardan uzaqlaşırıq. Əgər cəsarət qorxunun olmaması yox, sadəcə, ondan yan keçmək bacarığıdırsa, deməli, böyük düşünmək də şübhələrin olmaması demək deyil, sadəcə, onlardan yan keçmək bacarığıdır. Yalnız böyük yaşamaq sizə gerçək həyat və iş potensialınızı açmağa imkan verəcəkdir.
1. Böyük fikirləşin. “daha sonra nə edəcəyəm” düşüncəsindən uzaq olun. Bu, ən yaxşı halda uğura gedən yolu ləngidir, ən pisində isə sıradan çıxardır. Böyük suallar verin. Həyatda hər şeyi ikiqat yüksəltmək yaxşı qaydadır. Əgər məqsədin ondursa, “iyirmiyə çata bilərəm” soruşun özünüzdən. Hədəfinizi istəyinizdən daha yüksəkdə tutun ki, ilkin məqsədinizə praktiki təminat verən plan qura biləsiniz.
2. “Menyudan sifarış verməyin”. 1997-ci ildə “Apple” şirkəti “fərqli fikirləş” adlı reklam kompaniyası keçirmişdir. Reklamda Məhəmməd Əli, Bob Dilan, Albert Enşteyn, Mahatma Qandi digər dünya dəyişiminə töhfə verən bir çox şəxsiyyətlər yer almışdır. Məsələ burasındadır ki, həmin adamlar ixtiyarlarında olan variantları seçməyiblər. Onlar başqalarının malik olmadığı nəticələri təsəvvür ediblər. Menyudan imtina edərək “sifariş verirlər”. Bu reklam bizə xatırladır ki, dünyanı dəyişməyə qadir olduğunu düşünəcək
qədər dəli olan adamlar bunu edəcək yeganədirlər.
3. Cəsur olun. Böyük düşüncələr cəsarətsiz reallaşa bilməz. Böyük sual verəndə bir anlıq dayanın və cavabını verə biləcəyiniz təqdirdə dünyanın necə bir yer olacağını təsəvvürünüzdə canlandırın. Əgər bacarmasanız bunu bacaran insanları müşahidə edin. Cavabı tapmış insanların modelləri, sistem, vərdiş və münasibətləri necədir? Hamının fərqli olduğuna inanmağı xoşlasaq da, başqalarına faydalı olanın bizimçün də faydalı olmaması üçün heç bir səbəb yoxdur.
4. Uğursuzluqdan qorxmayın. Bu da uğur kimi sizi fövqaladə nəticələrə aparan yolun bir hissəsidir. Düşüncənizin inkişafını qəbul edin və onun sizi hara aparacağından qorxmayın. Yüksək nəticələr, sadəcə uğurlar üzərində qurulmur. Onlar uğursuzluq üzərindən də qurula bilər. Uğura gedən yolda uğursuzluğa düçür olmaq qədər təbii heç nə yoxdur. Bu zaman ayaq saxlayırıq və uğur qazanamaq üçün nə lazım olduğunu soruşuruq. Səhvlərimizi təhlil edib, nəticə çıxarırıq və böyüyürük. Uğursuzluğa düçür olmaqdan qorxmayın. Buna öyrənmə prosesinin bir hissəsi kimi baxın və həqiqi potensialınıza doğru can atmaqda davam edin. İmkan verməyin ki, kiçik şeylər həyatınızın miqyasını kiçiltsin. Böyük düşünün, hədəfiniz böyük olsun.