9 C
Baku
Thursday, December 12, 2024

“Həzi Aslanov” stansiyasına gedən qatarlar “Əhmədli” və “Neftçilər” stansiyalarından geri qayıdacaq

Bakı metrosunun “Həzi Aslanov” stansiyasında gedən yenidənqurma işləri ilə əlaqədar bu stansiyaya gedən qatarlar “Əhmədli” və “Neftçilər” stansiyalarından geri qayıdacaq.

Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

H.Məmmədovun sözlərinə görə, bununla əlaqədar bu stansiya istiqamətində hərəkət edəcək qatarların cədvəlində dəyişiklik ediləcək:

“Həzi Aslanov” stansiyası ilə bağlı məsələlər tez-tez gündəmə gəlir. Biz artıq bir çox işlərə başlamışıq. Sərnişinlər narahat olmasın. Həmin stansiyadan sərnişinlərin davamlı daşınması təmin olunacaq. Yəni stansiyada işlər onun qapılarını sərnişinlərin üzünə bağlamaqla deyil, əksinə onlara xidmət göstərilməsi ilə paralel aparılacaq.

Birinci mərhələdə dalan istiqamətində işlər aparılacaq. İkinci mərhələdə isə stansiyanın əsaslı təmiri həyata keçiriləcək. Bu mərhələdə isə sərnişindaşıma ilə bağlı planları ictimaiyyətə açıqlayacağıq. Ümumi işlərin 2 il ərzində yekunlaşmasını planlaşdırırıq”.

QSC-nin sədr müavini bildirib ki, birinci mərhələdə “Dərnəgül” stansiyasından gələn qatar “Əhmədli” stansiyasından, “İçərişəhər”dən gələn qatar isə “Neftçilər”dən geri qayıdacaq: “İstənilən halda saatda 30 cüt qatar qrafiki saxlanılacaq”.

H.Məmmədov əlavə edib ki, “Həzi Aslanov – Əhmədli”, “Həzi Aslanov – Neftçilər” arasında isə məkik hərəkət təşkil ediləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər