Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Heydər Əliyev prospektinin yenidən qurulması ilə bağlı iri tenderin yekunlarını açıqlayıb.
Banker.az xəbər verir ki, Komitə “Bakı şəhəri Heydər Əliyev prospektinin transformasiyası və şəhərsalma inkişafı konsepsiyası”nın həyata keçirilməsi üzrə məsləhət xidmətlərinin satınalınmasını beynəlxalq konsaltinq şirkəti “McKinsey and Company (Azerbaijan), Inc”in Azərbaycandakı filialına həvalə edib.
Bağlanmış müqavilənin ümumi maliyyə dəyəri 1 805 400 manat təşkil edir.
Müqavilə çərçivəsində prospektin şəhərsalma inkişaf planının və transformasiya prosesinin həyata keçirilməsi üçün lazımi təşkilati bazanın hazırlanmasını təmin edəcəklər.







