2 C
Baku
Sunday, December 15, 2024

Hadi Rəcəbli: Bundan sonra sahibkarların qapısını cəmi bir əl döyəcək

“Vergi Məcəlləsinə ciddi dəyişikliklər, xüsusilə də, sahibkarlarla, sahibkarlıqla, vergi və sığorta yığımı ilə bağlı çox mühüm dəyişikliklər edilir. Bundan sonra sonra həm sahibkarların işi yüngülləşək, həm də sığorta və vergi yığımı bir əldən olacaq, bunu cəmi bir qurum həyata keçirəcək”.

Banker.az xəbər verir ki, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli dilə gətirib.

O, qeyd edib ki, yığımları bundan sonra ancaq Vergilər Nazirliyi həyata keçirəcək.

“Əvvəllər sahibkarların qapısını çox əl döyürdü, bu zaman isə bir qədər gərginlik, müəyyən neqativlər yaşanırdı. Ancaq bundan sonra sahibkarların qapısını ancaq bir əl – Vergilər Nazirliyi döyəcək. Bu da nəticə etibarı ilə həm sahibkarları əlavə gərginliklərdən, yükdən azad edəcək, həm də yığım prosesini gücləndirəcək”-deyə, H. Rəcəbli sözlərinə əlavə edib.

Son xəbərlər
Digər xəbərlər