7 C
Baku
Saturday, April 13, 2024

Hakerlər 2022-ci ildə 3.5 mlrd. dollar dəyərində kriptovalyuta oğurlayıblar

“Slowmist Hacked” və “Atlas VPN” tədqiqatçılarının fikrincə, 2022-ci ildə hakerlər tərəfindən müxtəlif blokçeyn platformalarından oğurlanan kriptovalyutanın dəyəri 3.5 milyard dollar təşkil edib. Bu məbləğin böyük hissəsi (2 milyard dollar) 92 hücum nəticəsində “Binance Smart Chain” ekosistemindən oğurlanıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

NFT seqmentinə gəlincə, burada 57 hücum baş verib və 90 milyon dollar fırıldaqçıların əlinə keçib. Tədqiqatçılar qeyd edirlər ki, “FTX” kriptobirjasının iflası nəticəsində ortaya çıxan itkilər hesablamalar zamanı nəzərə alınmayıb.

Hesabatın müəllifləri bildirirlər ki, kripto bazarında ümumi yavaşlamaya baxmayaraq, keçən il blokçeyn texnologiyalarının geniş yayılması səbəbindən hücumçular çox fəal olublar. 2022-ci ildə bütün bazarda cəmi 301 hadisə baş verib ki, bu da 2021-ci illə müqayisədə 27% artım deməkdir. Bundan əlavə, ötən ilin ikinci yarısında haker hücumlarının sayının nisbətən azalmasına baxmayaraq, onların ümumi sayı il ərzində rekord həddə çatıb.

Son xəbərlər
Digər xəbərlər