26 C
Baku
Friday, April 19, 2024

Hakimlərin məzuniyyətinin hesablanması – Ekspertdən izah

Hakimlərin məzuniyyətinin hesablanması

Misal. A və B adlı hakim 2020-ci ilin yanvar ayında məzuniyyətə çıxacaq.

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

A adlı hakimin aldığı əmək haqqı

Yanvar: 2000
Fevral: 2000
Mart: 2000
Aprel: 2000
May: 2000
İyun: 2000
İyul: 3000
Avqust: 3000
Sentyabr: 3000
Oktyabr: 3000
Noyabr: 3000
Deķabr: 3000
Cəmi: 30 000

12 təqvim ayından az işləyib məzuniyyətə çıxan hakimin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

B adlı hakimin aldığı əmək haqqı

Yanvar: 2000
Fevral: 2000
Mart: 2000
Aprel: 2000
May: 2000
İyun: 2000
İyul: 3000
Avqust: 3000
Sentyabr: 3000
Oktyabr: 3000
Noyabr: 0.00
Deķabr: 0.00
Cəmi: 24 000

Məzuniyyət günlərinin əmək haqqının müəyyən edilməsi üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği 12-yə bölünməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləğ ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölünməsi yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

A adlı hakimin məzuniyyətinin hesablanması:

30 000/12 (ay) = 2500 orta aylıq əmək haqqının məbləği

2500/30,4= 82.24 bir günlük əmək haqqının məbləği

Məhkəmələr və hakimlər haqqında

Maddə 107. Hakimlərin məzuniyyət müddəti və haqqı

Hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir

82.24*40 (məzuniyyət günü) = 3289, 60 məzuniyyət pulu.

Məzuniyyətlə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir.

3000*2 = 6000 manat.

Şəxsin məzuniyyətə çıxan vaxt vergisiz qazancı 9289,60 manat


B adlı hakimin məzuniyyətinin hesablanması:

24 000/10 (ay) = 2400 orta aylıq əmək haqqının məbləği

2400/30,4= 78.95 bir günlük əmək haqqının məbləği

78.95*40 (məzuniyyət günü) = 3158, 00 məzuniyyət pulu.

Məzuniyyətlə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir.

3000*2 = 6000 manat.

Şəxsin məzuniyyətə çıxan vaxt vergisiz qazancı 9158,00 manat

Hakimə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 (üç) gün qalmış ödənilir.


7 dekabr 2019-cu il tarixli Nazirlər Kabineti “Hakimlərə məzuniyyət haqqının hesablanması 468 nömrəli Qaydası”na əsasən, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınır:

– faktiki işlənmiş vaxt üzrə vəzifə maaşı;

– vəzifə maaşına ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə;

– hakimlik stajına və prokurorluq orqanlarındakı xidmət illərinə görə əlavə;

– Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə ödənilən yüksək hüquqi ixtisasa görə vəzifə maaşına əlavə;

– elmi dərəcəyə görə vəzifə maaşına əlavə;

– fəxri ada görə aylıq təqaüd;

– səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə ödənilən aylıq pul təminatı;

– müvəqqəti əvəzetməyə görə ödəmə;

– qanunvericilikdə hakimlərin iş yerlərinin və əmək haqqının saxlanıldığı hallarda ödəmələr;

– məcburi işburaxma dövrünün ödənilməsi;

– əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər;

– dəniz səviyyəsindən 1200 metrdən yüksəklik yerlərdə əmsallar üzrə əlavə ödənişlər.

– Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınmır:

– birdəfəlik xarakter daşıyan mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlərlə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənişlər;

– ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində və sonrakı 4 (dörd) il ərzində ildə bir dəfə ödənilən birdəfəlik yardım;

– müalicə olunması üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı;

– məzuniyyətə çıxdıqda verilən iki aylıq əmək haqqı məbləğində müavinət;

– zamiyyə xərcləri;

– birinci instansiya məhkəmələrinin hakimlərinə verilən dəftərxana ləvazimatlarının dəyəri;

– sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;

– istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənilən kompensasiya.

İqtisadçı – ekspert Rauf Qarayev

 
 
Son xəbərlər
Digər xəbərlər