1 C
Baku
Saturday, December 14, 2024

Hakimliyə namizədlərlə bağlı imtahan mərhələlərinin sayı azaldılıb

Avqustun 31-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan verilən məlumata görə, çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə qarşıda duran vəzifələri diqqətə çatdırıb, bu istiqamətdə icra edilmiş və icrası hədəflənən işlər barədə məlumat verib.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə, habelə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi və digər məsələlər ilə bağlı məruzələr dinlənilib, bir sıra hüquqi akt layihələri üzrə fikir mübadiləsi aparılıb.

Həmçinin, dövrün tələbi və hakimliyə namizədlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Məhkəmə-Hüquq Şurasının “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na imtahan mərhələlərinin sayının 6-dan 4-ə endirilməsi və namizədlər üçün daha əlverişli şəraitin yaradılması üzrə yenilikləri əks etdirən müvafiq dəyişikliklər edilib.

 

Son xəbərlər
Digər xəbərlər